
Maqsud Şeyxzadə XX əsrin görkəmli ədəbi və elmi simalarından biri kimi Azərbaycan və Özbəkistan arasında mədəni körpü rolunu oynamışdır. Onun çoxşaxəli yaradıcılığı içində Əlişir Nəvai irsinin öyrənilməsinə həsr olunmuş “Qəzəl mülkünün sultanı” kitabı xüsusi yer tutur. İlk dəfə 1972-ci ildə nəşr edilən bu əsər, əsasən, Nizami və Nəvai yubileyləri ilə bağlı aparılmış 1940–1950-ci illər tədqiqatlarına əsaslanır. Müəllif burada Nəvainin poetikasını, lirikasını, qadın obrazlarını, maarifçi və vətənpərvər ideyalarını, folklorla əlaqələrini geniş təhlil etmiş, onun yaradıcılığını dövrün mənəvi-siyasi mühiti ilə birlikdə öyrənmişdir. Müstəqillik dövründə kitab sovet ideoloji əlavələrindən təmizlənərək yenidən nəşr olunmuş, bu da Şeyxzadənin elmi səliqə və obyektivliyini bir daha göstərmişdir. “Qəzəl mülkünün sultanı” həm nəvaişünaslıq üçün, həm də Azərbaycanla Özbəkistanın ortaq klassik irsinin təbliği baxımından əvəzsiz mənbə kimi dəyərləndirilir.
Maqsud Şeyxzadə, "Qəzəl mülkünün sultanı", Əlişir Nəvai yaradıcılığı, nəvaişünaslıq, klassik şərq poeziyası, Azərbaycan-özbək ədəbi əlaqələri, klassik irsin müasir təqdimatı, ədəbi şəxsiyyət və dövr, türk xalqları ədəbiyyatı.
Maqsud Şeyxzadə, "Qəzəl mülkünün sultanı", Əlişir Nəvai yaradıcılığı, nəvaişünaslıq, klassik şərq poeziyası, Azərbaycan-özbək ədəbi əlaqələri, klassik irsin müasir təqdimatı, ədəbi şəxsiyyət və dövr, türk xalqları ədəbiyyatı.
| selected citations These citations are derived from selected sources. This is an alternative to the "Influence" indicator, which also reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | 0 | |
| popularity This indicator reflects the "current" impact/attention (the "hype") of an article in the research community at large, based on the underlying citation network. | Average | |
| influence This indicator reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | Average | |
| impulse This indicator reflects the initial momentum of an article directly after its publication, based on the underlying citation network. | Average |
