Downloads provided by UsageCounts
İnsanların istirahətə, sağlamlığının yaxşılaşdırılmasına ehtiyacı, həyat şəraitinin yaxşılaşması ilə yanaşı, asudə vaxtının artması, insanların dünyanın coğrafi sərvətlərinin müxtəlifliyi ilə tanış olmaq istəyinin getdikcə artması, digər xalqların mədəniyyətinə və adət-ənənələrinə maraq son vaxtlar dünyada turist səfərlərinin artmasına və onların müntəzəm xarakter almasına xidmət etmişdir. Müasir iqtisadi şəraitdə turizm sənayesi iqtisadiyyatın intensiv templə inkişaf edən, ölkələrin və ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına mühüm təsir göstərən sektoru kimi müəyyən edilir. Onun təsir dairəsinə iqtisadiyyatın istehlak mallarının istehsalı, nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, banklar, əyləncə və s. kimi əsas sektorları düşür. Bu gün Azərbaycanda davamlı iqtisadi inkişafa töhfə verən milli iqtisadiyyat üzrə strateji yol xəritəsi çərçivəsində ixtisaslaşmış turizm prioritet sahələrdən biri kimi tanınıb. Ölkədə yüksək səmərəli və rəqabətqabiliyyətli turizm sənayesinin inkişaf etdirilməsi məqsədilə bu gün məqsədyönlü inkişaf proqramları qəbul edilir. Bu tədqiqatda bəzi alimlərin turizm potensialı haqqında fikirləri təhlil olunmuş, Azərbaycanın turizm potensialı qiymətləndirilmiş, turizm sənayesinin mövcud vəziyyəti və ölkədə rəqabətqabiliyyətli turizmin formalaşdırılması imkanlarını müəyyən olunmuşdur.
| selected citations These citations are derived from selected sources. This is an alternative to the "Influence" indicator, which also reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | 0 | |
| popularity This indicator reflects the "current" impact/attention (the "hype") of an article in the research community at large, based on the underlying citation network. | Average | |
| influence This indicator reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | Average | |
| impulse This indicator reflects the initial momentum of an article directly after its publication, based on the underlying citation network. | Average |
| views | 11 | |
| downloads | 4 |

Views provided by UsageCounts
Downloads provided by UsageCounts