
Müasir dövrdə təhsil yalnız akademik biliklərin verilməsi ilə məhdudlaşmır. Cəmiyyətin sürətli inkişafı, informasiya axının artması və sosial münasibətlərin mürəkkəbləşməsi şagirdlərdən yalnız bilik deyil, eyni zamanda güclü sosial və emosional bacarıqlar tələb edir. Bu baxımdan sosail-emosional təhsil (SET) müasir təhsil sisteminin vacib istiqamətlərindən biri hesab olunur.
