
Bu tədqiqatın məqsədi Gədəbəy rayonunda eroziyaya uğramış torpaqların strukturunda mikro və makroaqreqat tərkibini təhlil etməkdir. Torpaq aqreqatları torpağın məhsuldarlığı, suyun saxlanması və eroziyaya qarşı dayanıqlığı üçün vacib rol oynayır. Tədqiqat çərçivəsində eroziya nəticəsində torpağın strukturunda baş verən dəyişikliklər qiymətləndirilmiş, mikro (0,25 mm-dən kiçik) və makro (0,25 mm-dən böyük) aqreqatların nisbəti və paylanması müəyyən edilmişdir. Nəticələr göstərir ki, eroziya torpağın makroaqreqat tərkibini azaldır və mikroaqreqatların nisbətini artırır, bu da torpaq məhsuldarlığının və su-hava rejiminin pozulmasına səbəb olur. Əldə olunan məlumatlar Gədəbəy rayonunda torpaqların bərpası və aqroekoloji idarəetmənin təkmilləşdirilməsi üçün əsas göstəricilər kimi istifadə oluna bilər.
eroziya, torpaq strukturu, mikroaqreqat, makroaqreqat, dağılma
eroziya, torpaq strukturu, mikroaqreqat, makroaqreqat, dağılma
| selected citations These citations are derived from selected sources. This is an alternative to the "Influence" indicator, which also reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | 0 | |
| popularity This indicator reflects the "current" impact/attention (the "hype") of an article in the research community at large, based on the underlying citation network. | Average | |
| influence This indicator reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | Average | |
| impulse This indicator reflects the initial momentum of an article directly after its publication, based on the underlying citation network. | Average |
