
doi: 10.36962/eh98
Hazırkı və perspektivləşən vəziyyət qlobal enerji balansında baş verən təkamüllü dəyişikliklərin nəticələrinə işartılı görüntülər gətirir. Bu təbəddülatlar müasir dünya energetikasının yeni inkişaf mərhələsinə daxil olduğunu yəqinləşdirərək, onun həyatımızın sosial-iqtisadi sferasına yönələn təsir effektinin bir daha nəzərdən qaçırılmamasını labüd edir. Yeni konfiqurasiyada artım meyli təhlükəsiz texnologiyalar kontekstində nüvə enerjisinə sarı inamlı istiqamət alır. Burada stimullaşmaya tam bir əsrə yaxın dominant enerji daşıyıcıları – karbohidrogen resurslarının, xüsusən də neftin tükənmə mərhələsinə daxil olması aspekti daha çevik sürət verir. İnkişaf etmiş yüksək enerjitutumlu industrial dövlətlər dərinləşən bu balans dəyişikliklərinə müvafiq olaraq energetik siyasətlərində əsaslı korrektələr edirlər. Sırada, hətta OPEK təmsilçiləri olanlar belə, aktivlik göstərirlər. Dünya neft ehtiyatlarının 11,4%-nə sahib və onları hələ 93 il də istifadə etmək imkanlı İran İslam Respublikası da çevrəsində baş verən təzadlı olaylara baxmayaraq milli nüvə proqramı çərçivəsində Atom Elektrik Stansiyası (AES) strategiyasını inadla davam etdirir. Özünün yeni silsiləvi unikal neft-qaz yataqlarının kəşfi və istismarı ilə Orta Asiyanın “Neft pələnginə” çevrilən bol enerjili Qazaxıstan da AES tikintisini reallaşdırmaq niyyətindədir. Formalaşan yeni reallıqlar yetərli neft-qaz ehtiyatlarına malik respublikamızda da belə bir strategiyaya keçid məqamının yaxınlaşdığını əsaslandırır.
| selected citations These citations are derived from selected sources. This is an alternative to the "Influence" indicator, which also reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | 0 | |
| popularity This indicator reflects the "current" impact/attention (the "hype") of an article in the research community at large, based on the underlying citation network. | Average | |
| influence This indicator reflects the overall/total impact of an article in the research community at large, based on the underlying citation network (diachronically). | Average | |
| impulse This indicator reflects the initial momentum of an article directly after its publication, based on the underlying citation network. | Average |
